Seminar: SƏTƏM-in əsasları

0
404

Azərbaycan Mühəndislər Birliyi və Bakı Ali Neft Məktəbi əməkdaşlığı ilə tələbələr və məzunlar üçün “SƏTƏM-in əsasları” (HSE Foundations) təlim seminarını təşkil edir.Seminarda iştirak etmək istəyənlər qeydiyyatdan mütləq keçməlidirlər. Xahiş olunur tədbirə gələndə özünüz ilə vəsiqənizidə gətirəsiniz.Qeydiyyatın son tarixi 12 Aprel ! Tədbir 14 apreldə Bakı Ali Neft Məktəbində keçiriləcəkdir. Seçiləcək iştirakçılara iştirak məktubu göndəriləcəkdir.
“SƏTƏM-in əsasları” təlim seminarının sonunda qazancınız/
Your gains at the end of “HSE Foundations” training seminar:

– SƏTƏM sahəsində nəzəri və praktiki biliklər
– Azərbaycanda və xaricdə şirkətlərin SƏTƏM sahəsində namizədə olan tələblərinin öyrənilməsi

Təlimçi haqqında ümumi məlumat:

Təlimçi İlkin Həsənəliyev neft-qaz, tikinti, kimya və qida sənayəsi üzrə Azərbaycanda və xaricdə yerli və beynəlxalq şirkətlərdə iş və təlimçilik təcrübəsinə malik SƏTƏM üzrə səriştəli peşakardır. O Peşə Sağlımlığı və Təhlükəsizlik İnstitutunun (IOSH) texniki üzvü (Tech IOSH), Risk və Təhlükəsizliyin İdarəçiliyi üzrə Beynəlxalq İnstitutun Assosativ üzvüdür (AIIRSM) və hal-hazırda SƏTƏM üzrə konsultant (məsləhətçi) və təlimçi kimi fəaliyyət göstərir. O, “Training and Consulting Services” (TCS) şirkətində SƏTƏM üzrə təlimçi, BP-nin Şah Dəniz 2 layihəsində Amec Foster Wheeler şirkətində, BASF Caspian şirkətində, “Bakı 2017, 4-cü İslam Həmrəylik Oyunları”, “ 2017 Azərbaycan Qrand Prisi – Formula 1” layihələrində Fresh Catering MMC şirkətində, “Aşqabad 2017, 5-ci Asiya oyunları ” layihəsində Kofler & Kompanie şirkətində SƏTƏM sahəsində mütəxəssis və rəhbər vəzifələrində çalışmışdır. O Facebook və LinkedIn sosial şəbəkələrində “Azerbaijan HSE Professionals” ictimai qrupunun yaradıcısı və adminidir.

Qeydiyyat üçün link : https://goo.gl/forms/ABCx1XhWgpWrcZTL2

Şənbə, 14 Aprel 16:00 – 18:00 arasında