14 Müxtəlif Şirkətdə Maaşlı və Maaşsız TƏCRÜBƏ PROQRAMLARI!

0

1)

Veysəloğlu Şirkətlər Qrupu İnsan Resursları Əməliyyatlar Departamentinə “Təcrübəçi” tələb olunur!

Tələblər:

– Ali təhsil ( İnsan Resursları və ya İdarəetmə ixtisasları üzrə təhsil alanlara üstünlük verilir)
– Ofis proqramlarında və məlumat bazalarında işləmə bacarığı
– Əmək məcəlləsi üzrə biliklər

İş qrafiki 09:00-18:00
Nahar şirkət hesabına

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

==================================================

 

2)

Expressbank

 

Vəzifə: Mikro kreditlər üzrə təcrübəçi (Bakı, Sumqayıt və region filialları üzrə: Gəncə, Qusar, Xaçmaz, Bərdə, Şirvan, Mingəçevir)

Tələblər:

– Ali təhsil (iqtisadiyyat sahəsi arzu olunandır);
– Təhlil etmə bacarığı;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Yaş həddi – 25 yaş;

Vəzifə öhdəlikləri:

– Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
– Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;

Əsas üstünlüklər:

– Azərbaycanın aparıcı banklarının birində iş təcrübəsi qazanmaq;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Təcrübə müddəti ərzində nəzərdə tutulan əmək haqqı 130 AZN.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

===============================================

 

3)

Müəssisəmiz sənaye sahəsində təcrübəli peşəkar kadrlar yetişdirmək üçün təcrübə proqramı təşkil edir. Təcrübədə uğurlu olan şəxslərlə əməkdaşlığımızı işçi kimi davam etdirəcəyik. Təcrübə proqramına aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilər.

-Texniki ixtisaslı yeni məzunlar  (Mexanika mühəndisliyi, metallurgiya mühəndisliyi, istehsalatın avtomatlaşdırılması üzrə mühəndislik, texniki maşınlar və avadanlıqlar üzrə mühəndislik və bənzəri ixtisaslar) 

– İngilis dili biliyi-intermediate level

Qeyd: üstünlük Sumqayıt və ətraf ərazilərdə yaşayanlara verilir.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

=============================================

 

4)

INTERNSHIP We invite you to take part in internship program held by “NESS CO.” in the field of Accounting Requirements

• Knowledge of English (very good), Russian (very good) and Azerbaijani;

• Education – Graduate;

• Major – Accounting, Economics, Finance and other applicable majors

• Attentiveness, high efficiency.

Working hours: Full-time

After a three-month probation period, with due competence and approval of top management, it is possible to offer a contract as an employee. S

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

==========================================

 

5)

Position:  Internship Programme for graduates

Employer: Winter Park Hotel Baku

Address: M.A. Aliyev str. 210, Nasimi district, Baku, Azerbaijan

Web: www.winterparkhotel.net

The Internship Programme welcomes motivated, open-minded, and self-directed individuals to apply. The purpose of the Internship Programme is to provide an opportunity for the graduates, who are willing to build their careers in food and beverages, human resources, front office, sales, finance to closely take part in the work of various structural units of the company, and gain experience. In addition to that, the company will estimate those graduates, who will successfully pass the Internship Programme, as their potential employees in the future.

The Internship Programme mainly covers the following structural units:

• Food and Beverages;
• Housekeeping (in the position of Coordinator);
• Human Resources;
• Sales;
• Finance;
• Front Office;

What are our requirements?

• Recent graduates;
• Strong command of spoken and written Azeri, Russian and English;
• Strong interpersonal, leadership, analytical thinking and communication skills.

What is in it for you?

• Learning and gaining experience in real business environment;
• Dynamic working environment;
• Paid internship;
• Full-time work schedule;
• Certificate.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

========================================

 

6)

Əziz gənclər və tələbələr,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sizi 3 aylıq Təcrübə Proqramında iştirak etməyə dəvət edir. ASK-da təcrübə keçməklə Siz nəinki öz nəzəri bilik və bacarıqlarınızı tətbiq etmək, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarlarlıq müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaq və maraqlı layihələrdə iştirak etmək imkanı əldə edəcəksiniz.

Təcrübə Proqramına tərcüməçilik (İngilis və rus dilləri üzrə) ixtisaslar üzrə 2-4-cü kurs tələbələri, magistrantlar və məzunlar müraciət edə bilər:

Təcrübə proqramı həftədə 5 dəfə olmaqla iş gününün yarısını (9:00-13:00 və ya 14:00-18:00) əhatə edir və ödənişsizdir. Təcrübə proqramını uğurla başa vuranlara ASK tərəfindən sertifikat və xasiyyətnamə təqdim olunacaq.

 

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

===============================================

 

7)

Dostlar, positive card komandasına praktikantlar tələb olunur. 
Məsuliyyətli, Çalışqan, Yeni texnologiya və strukturlar öyrənməyə həvəsli gənclərimiz üçün çox əla şansdır.

Amerikada və Rusiyada praktikadan keçirilmiş, sınanmış “Satış burulğanı” metodunu Azərbaycanda tətbiq edəcəklər.
17 ayrı moduldan ibarət Satış sistemini həm öyrənmək, həm də tətbiq etmək istəyən gənclər komandaya buyura bilərlər.

Komandaya 5 Nəfər lazımdır.

Projenin sonunda 2-3 Nəfər işlə təmin olunacaq, digərlərinə isə nəticələrinə uyğun Xasiyyətnamə və ya. Məsləhət məktubu təqdim ediləcək. Və əlbətdə ki bütün Bu müddətdə qızıl dəyərində bilikləri pulsuz əldə etmiş olacaqsınız.

Namizədə tələblər:
1. İngilis və rus dillərində ən azi texniki bilik.
2. Saat 14:00 -19:00 arası həftə içi 6 gün, daimi işdə olmalıdırlar.
3. Həvəs, Məsuliyyət və dəqiqlik mütləqdir.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

===============================================

 

8)

Hazırda bankda 3 (üç) aylıq təcrübə müddəti ilə mikro kreditlər üzrə mütəxəssis vəzifəsinə namizədlər tələb olunur. Bu vəzifə üzrə təcrübəsiz şəxslər müraciət edə bilərlər.  Təcrübə proqramı nəzəri və praktiki təlimdən ibarətdir.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

==================================================

 

9)

İnsan Resursları üzrə təcrübəçi axtarışındayıq.

Təcrübə müddəti 3 ay

Təcrübə ödənişlidir

Tələblər:

-Əmək Məcəlləsini bilməli

-Excel-i yaxşı bilməli

-Sənədləşmə prosesleri haqqında məlumatı olmalı

-Məntiqli,Bacarıqlı,səliqəli və ən əsası verilən tapşırıqları vaxtında və düzgün formada yetirmə bacarığı olmalı

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

===============================================

 

10)

Holiday Inn otelinə Front Office Departamentinə təcrübəçi axtarılır

Birinci növbədə oxuyan tələbələr də müraciət edə bilər

Təcrübə ödənişlidir

Tələblər: Rus və İngilis dillərini orta səviyyədə bilmək

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

============================================

 

11)

“Nurgun Motors” MMC-nin avtomobil satışı mərkəzlərində “MÜŞTƏRİ XİDMƏTİ MENECERİ” təcrübə proqramı!
Avtomobil seqmentinə maraq göstərən xanımların nəzərinə!

“Nurgun Motors” Satış Mərkəzlərində müştəri xidməti meneceri təcrübə proqramına start verilir. Təcrübə proqramında iştirak etmək üçün avtomobil sahəsində işləməyə marağı olan xanımlar  iştirak edə bilər.

İştirakçı olmaq istəyənlərə verilən tələblər:

– ali təhsil
– Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili arzuolunandır)
– kompüter bilgiləri (ofis proqramlarında (word və excel vacibdir)
– xoş xarici görünüş
– ünsiyyətcil, gülərüz, məsuliyyətli, öz üzərində çalışan, inkişafa meylli

Bu tələblərə cavab verən və proqramda iştirakçı olmaq iddiasında olan xanımlar şəkilli CV-lərini 18.03.2018 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər (şəkilsiz CV-lərə baxılmayacaq).

İştirakçı sayı məhduddur: göndərilən CV-lərin arasından müsahibə yolu ilə cəmi 10 nəfər seçiləcək.

Təcrübə proqramı 1 ay davam edəcək və bu müddət ərzində iştirakçılar “Nurgün Motors”a məxsus salonlarda ödənişsiz təcrübə keçəcəklər. Həmçinin proqram müddətində iştirakçılara baza avtomobil bilikləri, müştəri xidməti, müştəri ilə ünsiyyət mədəniyyəti, müştəri əlaqələrinin idarəolunması mövzularında təlimlər veriləcək.

Təcrübə müddətinin sonunda keçiriləcək test imtahanından uğurla keçmiş 3 nəfər işə qəbul olunacaq. Digər iştirakçılara isə təcrübə proqramında iştirak etmələri ilə bağlı sertifikat və xasiyyətnamə veriləcək.

Məvacib 400 AZN-dir.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

===========================================

 

12)

The UNICEF Paid Internship Programme offers eligible students and applicants the opportunity to acquire direct practical experience in UNICEF’s work. UNICEF is active in various functional areas related to its mandate, which can be categorized in three main pillars: Programme and Policy, External Relations and Operations.

Internships are offered depending on the needs and capacity of offices to receive and supervise interns. Currently, available internship opportunities are advertised on the UNICEF employment page.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

================================================

 

13)

Təcrübəçi veb developer

Şirkət: Hello Digital – hellodigital.az

PHP, HTML və alqoritmləşdirmə üzrə təməl bilikləri olan

  • Database – haqqında təməl biliklərə malik olan
  • jQuery, JavaScript nə olduğu haqqında anlayışı olan
  • Ən az bir PHP framework (Codeigniter, Laravel, Symfony, Yii, Yii 2, Phalcon, Zend) anlayışı olan
  • Test üçün yığılmış proqramlardan referans verə bilən

Təcrübənin məqsədi:

  • Proqramlaşdırma və alqoritm üzrə biliklərin təkmilləşdirilməsi
  • Mövcud layihələrə dəstək vermək
  • Mövcud vebsaytlarda yeni tələblərə uyğun olaraq müvafiq əlavə və dəyişikliklər etmək

Təcrübə proqramının tövhələri:

  • Korporativ mühitə uyğunlaşma və komanda ilə işləmə
  • Startup və Kreativ agentlik təcrübəsi
  • Real layihə üzərində vaxt və iş bölgüsünün öyrənilməsi

İş qrafiki: 5 gün;

İş saatları: 09:00-dan 18:00-dək;

Nahar fasiləsi 13:00-dan 14:00-dək;

3 aylıq təcrübə uğurlu nəticələndiyi təqdirdə əmək haqqı təyin olunacaq.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

===================================================

 

14)

Pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün təcrübə proqramı.

Təşkil olunacaq proqramda İngilis dili Level-i INTERMEDIATE olan hər bir kəs iştirak edə bilər.

Təcrübə proqramının müddəti 3 aydır.

Proqramda iştirak etmək istəyən şəxslər CV-lərini mövzu yerinə “Təcrübəçi” qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.

Qeyd: Təcrübə ödənişlidir. Təcrübə keçənlərə kurs tərəfindən ödəniş ediləcək.

QEYDIYYAT ÜÇÜN DAXİL OLUN!

============================================

ARDI OLACAQ… 😉