Konseptual qeyd formasının yazılması – Seminar

0

14 aprel 2018, saat 11.00
Baku IdeaLab, Kaspian plaza III, 3-cü mərtəbə

Avrasiya Əməkdaşlıq Fondu (AƏF)/ Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) sizi Münaqişə və sülhquruculuğu sahəsini əhatə edən mövzularda məlumatlandırıcı sessiyalara dəvət edir. Cari ilin yay aylarında Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində sülhquruculuğu təşəbbüslərinin maliyyələşdirilməsinə dair elan veriləcək. Əgər özünüzü gələcəkdə münaqişələrin həlli və sülhqurucuğu sahəsində görür və sülhquruculuğu layihələrində iştirak etmək istəyirsinizsə bu imkanı qaçırmayın.
İlk sessiya konseptual qeyd formasının (consept note form) yazılış qaydaları və donora necə təqdim olunması haqqında olacaq. Məlumat sessiyasının məqsədi iştirakçıları münaqişə və sülhquruculuğu sahəsində məlumatlandırmaq, onların sülh təşəbbüslərində iştirakına dəstək vermək və xüsusilə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində layihələrin yazılmasına kömək etməkdir. Bu sessiya xüsusilə beynəlxalq hüquq, beynəlxalq münasibətlər, siyasət sahələrində ixtisaslaşan müstəqil ekspertlərə, tələbələrə, gənc peşəkarlara və QHT sahəsində çalışan əməkdaşlara maraqlı ola bilər. İştirakınızı təsdiq etmək üçün
linkə daxil olaraq qeydiyyatdan keçin: https://docs.google.com/forms/d/e/1FAIpQLScy1mUc5p1IKhvXPjYjPoajK87mNsJEIMxtgHKn6axKEN1bBA/viewform?usp=sf_link