“Təbiətin keşiyində” adlı düşərgə!

0

IDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən “Təbiətin keşiyində” adlı düşərgələrə start verilir.

IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən “Təbiətin keşiyində” düşərgələrinin əsas məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahəti təşviq etməkdir.

Şirvan Milli Parkında 5-6 may tarixində baş tutacaq düşərgənin iştirakçıları üçün Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. surprizlər gözləyir.

Eko-skaut düşərgəsində iştirak etmək istəyənlər üçün şərtlər:

Yaş həddi: 18-25
Təhsil: Ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan və ya təhsilini tamamlamış gənclər

İştirakçı nəzərə almalıdır:

– Su keçirməyən rahat ayaqqabı;
– Gigiyena vasitələri (sabun, diş fırçası və məcunu, əl-üz dəsmalı;
– Yemək dəsti (boşqab, çəngəl, qaşıq, stəkan, su qabı);
– Ağcaqanada qarşı sprey;
– Qalın üst geyimi (təhlükəsizlik baxımından, ətək və şort tipli geyimlər qadağandır).

Qeyd: Düşərgənin müddəti 1 gecə 2 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.

Düşərgədə iştirak etmək istəyənlərdən öz CV-lərini 25 aprel 2018-ci il tarixinə qədər “təbiətin keşiyində” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Əlavə məlumat üçün: Tel.: +(994 12) 4976316.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin