Aprelin 15-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin nəzərinə!

0
350
İmtahan iştirakçıları “ imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də :
– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə)
qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən
məzunlar;
– üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində
iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə)
qəbul olmaq istəyən əvvəlki illərin məzunları BU linkdən, üzrlü səbəbdən buraxılış
imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) və eksternat qaydasında
imtahan verən məzunlar isə BU linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-
up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində
şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli
olan arayışı DİM-in saytından yükləmək olar.