“Cümhuriyyət” kuboku – İntelektual yarışma

0

Ölkəmizin bütün tələbələrinə səslənirik!
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Respublikamızın davamçısı olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət” kuboku baş tutacaq!
——————————————–
Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi, “Bakı Ali Neft Məktəbi” İntellektual Oyunlar Klubunun və Bakı Mühəndislik Universitetinin “Prometey” İntellektual Klubunun təşkilatçılığı ilə paytaxtımızda keçiriləcək turnir 2 mərhələdən ibarət olacaq. Komandaların yalnızca eyni universitet tələbələrindən qurulmalı olduğu yarışda bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr oynaya biləcək və ilkin olaraq 14 aprel tarixində turnirin seçim turu baş tutacaq. Bu turda ən uğurla çıxış etmiş 28 komanda isə düz bir həftə sonra, 21 apreldə baş tutacaq əsas mərhələyə vəsiqə qazanacaq!
——————————————–
Əsas mərhələsi Bakı Ali Neft Məktəbinin yeni kampusunda baş tutacaq turnirin seçim turunun məkanları müxtəlif universitetlər olacaq. Bu barədə məlumatı qarşıdakı günlərdə ala biləcəksiniz. Bakı Ali Neft Məktəbinin yeni kampusu isə Bibiheybət qəsəbəsində yerləşir: https://goo.gl/maps/YqJTfHbvFJP2
——————————————–
Turnirin 24 suallıq seçim turu bütün məkanlarda eyni saatda, 14:10dan gec olmayaraq başlayacaq. Əsas mərhələnin saatı isə 11:30dur və bu turda komandaları 60 bir birindən maraqlı sual gözləyəcək!
Turnirin sual müəllifləri aşağıdakı kimidir.
Seçim turu: Cavid Məmmədov və Vüqar Əliyev
Əsas mərhələ: Namiq Quluzadə, Emil Yusublu, Rahib Məhərrəmzadə və Qorxmaz Aydınlı
Baş redaktor: Rahib Məhərrəmzadə
——————————————–
Turnirdə iştirak haqqı yoxdur, əvəzində isə qaliblər bizdən mükafatlar qazanacaqlar!
Qeydiyyatdan keçməyə tələsin!
Formunu doldurarkən qaydalarla tam tanış olduğunuzdan əmin olun:http://bit.do/cumhuriyyetkuboku
Əlavə məlumat və suallar üçün:
1. https://www.facebook.com/bhosintellectual/
2. https://www.facebook.com/PrometeyIK/
Email: [email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin