Ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

0
343
Dövlət İmtahan Mərkəzi və Azərbaycan Universiteti arasında əldə
edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul
olmaq istəyən abituriyentlərə kömək məqsədilə Azərbaycan Universitetində
ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”
yaradılıb.
Bu gündən fəaliyyətə başlayan “Məsləhət mərkəzi”ndə xüsusi treninq
keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta
ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin
doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək
texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət
yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət
Mərkəzinə” müraciət edə bilərlər.
“Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində həftənin 5
günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək
fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Qərbi Kaspi Universiteti
arasında əldə edilmiş ilkin razılığa əsasən, növbəti “Abituriyent Məsləhət
Mərkəzi” bu universitetdə yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət
göstərəcək məsləhət mərkəzi haqqında əlavə məlumat veriləcəkdir.
Digər ali və orta ixtisas təhsil müəssisələri də bu tip məsləhət
mərkəzlərinin yaradılması və abituriyentlərə xidmət göstərilməsi ilə bağlı
Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzinin
yaradılması və s. məsələlərlə bağlı DİM tərəfindən dəstək göstərilir.