Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında (ASK) 3 aylıq Təcrübə Proqramı!

0

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sizi 3 aylıq Təcrübə Proqramında iştirak etməyə dəvət edir. ASK-da təcrübə keçməklə Siz nəinki öz nəzəri bilik və bacarıqlarınızı tətbiq etmək, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarlarlıq müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaq və maraqlı layihələrdə iştirak etmək imkanı əldə edəcəksiniz.

Təcrübə Proqramına tərcüməçilik (ingilis və rus dilləri üzrə) ixtisaslar üzrə 2-4-cü kurs tələbələri, magistrantlar və məzunlar müraciət edə bilər:

Təcrübə proqramı həftədə 5 dəfə olmaqla iş gününün yarısını (9:00-13:00 və ya 14:00-18:00) əhatə edir və ödənişsizdir. Təcrübə proqramını uğurla başa vuranlara ASK tərəfindən sertifikat və xasiyyətnamə təqdim olunacaq.

Yalnız müraciət formalarının dəyərləndirilməsi əsasında növbəti mərhələyə dəvət alanlarla əlaqə saxlanılacaq. Təcrübəçilər üz-üzə müsahibə və bəzi sahələr üzrə (məs. tərcümə, ictimaiyyətlə əlaqələr və s.) yazılı tapşırıqlar əsasında seçiləcək.

Təcrübə proqramı barədə ətraflı məlumatı  aşağıda keçiddən əldə etmək olar.

 QEYDİYYAT

Əlaqə üçün:

Vüsal Əzizov

465 72 43 (daxili: 105)