“SpeakOut” maraqlı, öyrədici, əyləncəli nitqlər – Təlim

0
639

Əziz Tələbələr!
Diplomatiya və Araşdırmalar Klubu yeni və fərqli bir layihə ilə qarşınızdadır!
“SpeakOut” adlı bu layihədə həm xüsusi qonaqlar, həm də akademiya tələbələri müxtəlif mövzular üzrə maraqlı, öyrədici, əyləncəli nitqlərlə sizin qarşınızda çıxış edəcəklər!

Xüsusi qonaqlar:
Orxan Şahbaz- “Bilik Epidemiyası”
Hüseyn Hümbətov- “Öz biznesinizi qurun!”
Akademiya tələbələri olan natiqlər:
Əmrah Cəfərov- “Cəmiyyətdə aqressiya”
İbrahim Məmmədli- “Qadın olmaq çətindirmi?”
Səmra Mustafayeva- “Xoşbəxtlik”
Zakir Kərimli- “Milli kimlik”
Nail Əliyev- “Hər kitab bir dünya, hər insan bir qəhrəman!”
Anar İsayev- “Uğura gedən yolda əsas maneələr”

Qeyd edək ki, “SpeakOut” layihəsində istənilən təhsil müəssisəsindən tələbələr tamaşaçı kimi iştirak edə bilərlər!

Layihə 14 aprel 2018-ci il saat 12:00-da Dövlət İdarəçilik Akademiyasının Akt zalında baş tutacaqdır.

Maraqlı zaman keçirmək, nitqləri dinləyərək həm əylənmək, həm də öyrənmək istəyirsinizsə, aşağıdakı qeydiyyat keçidinə daxil ola bilərsiniz:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdcuCD3jPHeQPDh9-uorgvb3T0N0lNOGKlJteNZr-X8sJY8eQ/viewform?usp=sf_link
Hörmətlə, Diplomatiya və Araşdırmalar Klubu!