DİM aprelin 15-də növbəti imtahanlar keçirəcəkdir

0
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də :
– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə)
qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən
məzunlar;
– üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində
iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan,
Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni internet
vasitəsilə aprelin 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı
onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə
bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– imtahana buraxılış vərəqəsini;
– şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil
olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları
ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə
vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər
şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini.
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil
müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin
3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin