Məleykə Abbaszadə İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək

0
340

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 20‑də İsmayıllı rayonunda vətəndaşlarla görüş keçirəcəkdir.

Qəbulda İsmayıllı rayonunun sakinləri ilə yanaşı Şamaxı, Qəbələ, Qobustanrayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 11:00-da İsmayıllı rayonu, Heydər Əliyev Mərkəzində (ünvan:H.Əliyev pr., 61) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə  (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020)2746674) xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar  İsmayıllı, Şamaxı, Qəbələ, Qobustan rayon təhsil şöbələrinə müraciət də edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.