Norm şirkəti Maliyyə şöbəsi üzrə Təcrübə proqramı elan edir

0
485

Şirkətimiz Maliyyə şöbəsi üzrə Təcrübə proqramı elan edir.

Müraciət edən şəxslər üzrə nəzərdə tutulmuş əsas vəzifə və öhdəliklər aşağıdakılardır:

  • Hesab-fakturaların, Subpodratçıların və Tədarükcülərin Aralıq ödəniş hesablarının qəbul edilməsi, saxlanması və qeydiyyatı
  • Hesab-fakturanın çeşidlənməsi, surətinin çıxarılması və paylanması
  • Jurnalda qeydiyyatların aparılması və məlumatların tərtib edilməsi
  • Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərində tarix möhürünün vurulması
  • Jurnalda müvafiq qeydlərin aparılması
  • Hesab-fakturaların icrası ilə bağlı tədarükcülərin telefon zənglərinin cavablandırılması
  • Kreditor borclar ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və idarəolunmasında kreditor hesablar üzrə mühasibə dəstək verilməsi
  • Mühasibat sənədlərinin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərədən keçirilməsi və qeydiyyatı
  • Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili
  • Müştəri müraciətlərinə baxılması və lazım gələrsə uyğunsuzluqların aradan qaldırılması
  • Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və olunmasında debitor hesablar üzrə mühasibə dəstək verir
  • Ayın sonunda maliyyə hesabatının bağlanmasına dəstək

Namizəddən sadalanan xüsusiyyətlər tələb olunur:

  • İqtisadiyyat, Maliyyə və ya Biznes ixtisasında bakalavr dərəcəsi üzrə hal-hazırda sonuncu kursda təhsil alan və ya cari ilin məzunları
  • İngilis dili orta səviyyədə
  • MS Office programları orta səviyyədə, MS excel üzrə səriştə

Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15.04.2018