«Tətilə gedin!» adlı Vintaj poster sərgisi

0
202

İsveçrənin Azərbaycandakı səfirliyi bu ilki Frankofoniya həftələrində böyük məmmuniyyətlə, geniş ictimaiyyətə ünvanlanmış «Tətilə gedin!» adlı Vintaj poster sərgisini təqdim edir:

Məmmuniyyətlə hər kəsi aprelin 13-ü, saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində sərginin açılışına dəvət edirik. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İsveçrə Səfiri və tərəfdaş təşkilatı olan Tourism Switzerland-ın nümayəndəsi iştirak edəcək.
«Tətilə gedin!» adlanan sərgi bir əsr ərzində (1971-2017) İsveçrədə turizmi təşviq edən vintaj posterlərin gözəl seçimindən ibarətdir. Tarixi və rəssamlıq baxımından dəyərli posterlərin geniş kolleksiyası «Switzerland Tourism» təşviqat assosiasiyasının 100 illik yubileyi münasibəti ilə ötən il İsveçrənin bir sıra muzeylərində nümayiş olunub.
Bəzilərinin əllə çəkildiyi vintaj posterlər İsveçrə tarixinə şahidlik edir, bizim bir sıra məşhur istirahət məkanlarını təsvir edir və bu posterlərdə toxunulmamış təbiət və landşaft, infrastruktur, idman tədbirləri və insanlar kimi gözəl motivlər seçilib.
İsveçrə səfirliyi partnyor və sponsorlara, xüsusən də Milli İncəsənət Muzeyi, Mədəniyyət və Turizm
Nazirliyinə, «Switzerland Tourism»ə (cənab Federico Sommaruga), Trans Adriatik Boru Kəməri (TAP)
və İsveçrənin enerji ticarət şirkəti olan Axpo Holdinqə təşəkkür edir.
Sərgi aprel ayının 28-dək Azərbaycan Milli İncəsənət Muzeyində açıq olacaq. Sərgiyə giriş pulsuzdur.