Qadınlar, sülh və təhlükəsizlik – Məlumatlandırıcı sessiyalar

0
235

26 aprel 2018, saat 11.00
Baku IdeaLab, Kaspian plaza III, 3-cü mərtəbə

Avrasiya Əməkdaşlıq Fondu (AƏF)/ Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) sizi Münaqişə və sülhquruculuğu sahəsini əhatə edən mövzularda məlumatlandırıcı sessiyalara dəvət edir. Cari ilin yay aylarında Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində sülhquruculuğu təşəbbüslərinin maliyyələşdirilməsinə dair elan veriləcək. Əgər özünüzü gələcəkdə münaqişələrin həlli və sülhqurucuğu sahəsində görür və sülhquruculuğu layihələrində iştirak etmək istəyirsinizsə bu imkanı qaçırmayın.

Bu sessiya qadınların sülhquruculuğu və təhlükəsizlik sahələrində fəal iştirakını təşviq etmək üçün nəzərdə tutulub. Məlumat sessiyasının məqsədi qadınları münaqişə və sülhquruculuğu sahəsində məlumatlandırmaq və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların iştirakına və onların sülh təşəbbüslərinə dəstək vermək məqsədi güdür. Bu sessiya xüsusilə beynəlxalq hüquq, beynəlxalq münasibətlər, siyasət sahələrində ixtisaslaşan müstəqil ekspertlərə, tələbələrə, gənc peşəkarlara və QHT sahəsində çalışan əməkdaşlara maraqlı ola bilər.