Korporativ üslubun dizaynı – Seminarı

0

Bütün başlayan dizaynerlər, həyatlarını dizaynla bağlamaq istəyənlər üçün, marketiloglaq və ümumiyyətlə bütün maraqlananlar üçün! Şənbə günü aprel ayının 28-i STEP IT Academy-də “Korporativ üslubun dizaynı” mövzulu seminar keçiriləcək. Brendinq və korporativ üslub bir şirkətin gündəlik şəkildə, bizim, istifadəçilərin ətrafında yaratdığı dünyadırş Bu sehir necə yaranır? Bu və digər maraqldı faktlar haqda bizim seminarda öyrənəcəksiniz!

Seminarın spikeri Akademiyamızın Kompüter Qrafikası və Dizayn kafedrasının aparıcı müəllimi Emil İsmailovdur. Emil müəllim hal hazırda SOCAR şirkətinin yaradıcı direktoru vəzifəsində çalışır. 8 illik iş təcrübəsinə malikdir. 3 il dizayn üzrə təlimçi qismində də çalışır. Gürcüstanda, Litvada və bir sıra yerli agentliklərdə çalışan Emil İsmailov 2017-ci il IDA (International Design Award) qalibidir.

Seminar zamanı aşağıdaki mövzular müzakirə olunacaq:
✓Korporativ üslub anlayışı və tərifi
✓Üslubu quran ideyalar. Konseptual kreativ
✓Logotip nədir, korporativ üslub, şirkətin üslub qaydaları və yetirdiyi funksiyalar
✓Hazır loqotipin üzərində korporativ üslubun yaradılması
✓Logotipin korporativ məslulların üzərində yerləşdirilməsi

Seminar aprelin 28-i STEP IT Academy-də 16:00-da baş tutacaq.
Qeydiyyatdan keçməyi unutmayın – https://goo.gl/PeMT9q

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin