Şirkətin(hüquqi şəxsin) Fəaliyyətinin Əsasları – Təlim

0
226

Xoş gördük, əziz dostlar! Sizi EOS Academy-nin növbəti tədbiri olan “Şirkətin(hüquqi şəxsin) Fəaliyyətinin Əsasları” adlı seminara dəvət edirik. “EOS Academy” elmin və düşüncənin inkişafına könüllü şəkildə xidmət edən qurumdur. Akademiya elm və maarifin təbliğatı üçün müxtəlif vasitələrdən yararlanır. Müxtəlif elmi-düşüncə mövzulu seminar, təlim, tədbir və digər bu qəbildən layihələrin təşkil edilməsi akademiyanın fəaliyyətinə daxildir.

Bu təlimdə şirkətlərin iqtisadi əsaslarından çox, hüquqi əsaslarına toxunulacaq.Təlim zamanı iştirakçılar bu və digər suallara cavab tapa biləcəklər: Şirkət təsis etmek istəyən şəxs nələri bilməlidir? Şirkət, yəni hüquqi terminlə desək, hüquqi şəxs necə fəaliyyət göstərir, bunun üçün nələri bilməliyik? Hüquqi şəxsin təşkilati-hüquqi formaları(mmc, asc) nələrdir, nə kimi ferqleri vardır?

Qonağımız Emin Kərimov:
PwC Hüquq praktikasının baş hüquq meneceri, korporativ hüquq/M&A və maliyyə xidmətləri departamentin rəhbəridir.
Azərbaycan Korporativ Hüququ kitabın müəllifi, Bakı Hüquq Jurnalı elektron hüquq jurnalının redaktorudur. Həmçinin kommersiya hüququ sahəsində müxtəlif məqalələri müəllifidir.
Müxtəlif vaxtlarda Korporativ hüquq, Bank və maliyyə hüququ, Beynəlxalq xüsusi hüquq və kommersiya əqdləri fənlərini tədris etmişdir.

Hüquq bloqu – http://eminlaw.org

Təhsil:
2011 LLM, ABŞ Minnesota Universitetin Hüquq məktəbi
2010, ABŞ Corctaun Universiteti Hüquq məktəbi
2009, İngiltərə və Uels Hüquq koleci
2004, Dövlət İdarəçilik Akademiyası

*Qeydiyyat linki: https://goo.gl/forms/xFhR4xDASC2RrD8u2

Təlim: Ödənişsiz
Tarix: 21 aprel
Saat: 17:00
Məkan: ADA Universitet
Ünvan: Əhmədbəy Ağaoğlu 11(Gənclik m/s yaxınlığı)

*Qeyd: Yerlər məhduddur, qeydiyyatdan keçmiş şəxslərin özləri ilə vəsiqələrini gətirmələri xahiş olunur.