Gəncədə ən son – Vakansiyalar

0
655

Gəncəbasar əhli üçün aşağıdakı vakansiyalar üzrə

1. Bank of Baku
İcra şöbəsinin hüquqşünası
Tələblər:
– Ali hüquqi təhsil
– Analitik və yaradıcı düşüncə tərzi
– Sürücülük vəsiqəsi

İş barədə məlumat:
– Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
– İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
– Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
– İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
– İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Namizədlərdən məktubun mövzu/subject hissəsində “İcra şöbəsinin hüquqşünası – Gəncə” yazmaqla [email protected] ünvanına CV göndərmələri xahiş olunur

2. Kredit təşkilatı
Kredit işçisi

Tələblər
• Yaş həddi: 21-30 yaş
• Cins: fərq etməz
• Təhsil: İqtisadiyyat yönümlü ali təhsil

İşin təsviri:
– Potensial müştəriləri cəlb etmək, kredit verilişini həyata keçirilməsi
– Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək.
– Geri ödənişlərin normal axınını təmin etmək;

Tələblərə cavab verən şəxslər cvlərini mövzu hissəsində göstərin (Gəncə – Kredit işçisi). [email protected] elektron ünvanına göndərə bilərlər.

3. Kredit Təşkilatı
“Filial Müdiri”

Tələblər:
• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
• Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;

Vəzifə və öhdəlikləri:
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
• Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
• Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.

Tələblərə cavab verən şəxslər cvlərini mövzu hissəsində göstərin (Gəncə – Müdir). [email protected] elektron ünvanına göndərə bilərlər.

4. Kredit Təşkilatı
“Əməliyyatçı – xəzinədar”

Tələblər:
– Yaş həddi: 21-30 yaş
– Cins: Qadın
– Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır)
– İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı

Vəzifə öhdəlikləri:
– Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
– Müştərilərə xəzinə xidməti göstərilməsi.
– Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
– Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
– Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;

Tələblərə cavab verən şəxslər cvlərini mövzu hissəsində göstərin (Gəncə – Əməliyyatçı- xəzinədar). [email protected] elektron ünvanına göndərə bilərlər.

5. GRBS
Biznesin inkişafı üzrə Menecer

Vəzifə öhdəlikləri:
Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
Şirkətin uğurlu imicinin yaradılması
Marketinq planının hazırlanması və koordinasiyası
Məhsulların satılması üçün yeni kanalların axtarılması
Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması
Reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi, müqavilələrin bağlanması və sonraki işlərinə nəzarət
Şirkətin saytının və sosial şəbəkələrdə səhifələrinin dəstəyi

Tələblər:
• Ali təhsil
• Rus və ingilis dillərini bilməli;
• Yaş həddi 24-35 arası

Namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Biznesin inkişafı üzrə Menecer – Gəncə” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

6. “AzerGold” QSC
Vəzifə: Daxili nəzarət şöbəsi / mütəxəssis (Daşkəsən rayonu)

Əsas vəzifə və öhdəliklər:
• Daxili nəzarət alətlərindən istifadə etməklə şirkətin mövcud vəziyyətini təhlil edilməsi, risklər və onların təsirinin aşkarlanması və daxili nəzarətin qabaqlayıcı (preventiv) tədbirləri ilə əlaqədar tövsiyyələrin verirməsi
• Daxili Nəzarət Şöbəsinin yuxarı vəzifəli işçi heyətinin şöbənin fəaliyyəti istiqamətində dəstək göstərilməsi.
• Metodologiyanın hazırlanması və tətbiqi.
• Statistik təhlil və icmallaşdırmanın aparılması.
• Kamplayns (uyğunluq) üzrə nəzarət.
• Şöbənin Əsasnaməsinə müvafiq olaraq digər nəzarət tədbirləri.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi

Namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Daxili nəzarət şöbəsinə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

7. “AzerGold” QSC
Geoloji kəşfiyyat şöbəsi / Texnik geoloq (Daşkəsən rayonu)

Əsas vəzifə və öhdəliklər:
• Müxtəlif təyinatlı tarixi geoloji materialların sistemləşdirilməsi,analizi və müvafik nəticələrin çıxarılması;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərini yerinə yetirmək;
• Buruq-qazma quyularına nəzarət, kern materiallarının sınaqlaşdırılması, sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi (məlumatların bazaya daxil olunması);
• Yerüstü qeofiziki (elektrik,maqnit kəşfiyyatı və s.) üsulları üzrə çöl şəraitində işləmək və alınmış nəticələrin çözülməsi ;
• Tələb olunan digər tapşırıqları yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında ilkin biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında biliklər;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) məlumatların bazaya daxil edilməsi, bazadan məlumatların əldə edilməsi;
• Dil bilikləri: Azərbaycan dilinə sərbəst, İngilis və Rus orta səviyyədə danışıq və yazı bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Geologiya, Geofizika yönümlü ixtisaslar üzrə ali təhsil;
• Profil üzrə minimum 1 il iş təcrübəsi (profil üzrə təhsilini yeni bitirmiş məzunlarda iştirak edə bilərlər).

Namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Texnik geoloq” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

8. “Agro Dairy” MMC “
Aşbaz (Samux rayonu)”

Vəzifə öhdəlikləri:
– Mətbəx üçün lazım olan ərzaq məhsullarının vaxtında siyahısını tərtib etmək və müvafiq səlahiyyətli şəxsə təqdim etmək,
– Məhsulların ilkin emalı əməliyyatlarının aparılması qaydalarını, üsullarını və ardıcıllığını bilmək və icra etmək,
– Gündəlik yaxud həftəlik yemək menyularının tərtibində tövsiyyələr vermək və tərtib olunmuş menyulara əsasən yeməklərin hazırlanması

Tələblər:
– 35 yaşdan yuxarı
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi

Namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində “Aşbaz (Samux)” yazaraq göndərə bilərlər.