“Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda” – Lənkəranda Layihə

0

18-20 may 2018 – ci il tarixilərində Lənkəran şəhərində keçiriləcək “Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda” layihəsi Lənkaran iqtisadi rayonunda (Astara, Cəlilabad, Lənkaran, Masallı, Lerik, Yardımlı) yaşayan fəal gəncləri birləşdirəcəkdir.

Layihənin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasından Gender Bərabərliy Məqsədinə çatmaq üçün cənub regionunda yaşayan genc elçiləri müəyyən etmək və təmsil etdikləri rayonlarda gender bərabərliyi probleminin təbliğatını aparmaqdır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 5 nömrəli ‘’Gender Bərabərliyi’’ məqsədini əsas tutaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir və Azərbaycanda gender bərabərliyini təbliğ edir.

Layihə 2 hissədən ibarətdir:

  1. Təlimləndirmə
  2. Təbliğat

Təlimləndirmə mərhələsi 3 gün davam edəcək və aşağıdakı mövzular və qrup işləri üzrə aparılacaqdır:

1. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında məlumat

2. Gender stereotipləri və xülafə

3. Qadınların cəmiyyətdə rolu, dünyada və Azərbaycanda qadın zorakılğı

4. Qadın zorakılğına qarşı mübarizə

5. (Qrup işi1) Gender bərabərsizliyini yaradan səbəblər və amillər

6. (Qrup işi2) Gender bərabərsizliyini aradan qaldıracaq həll yolları

7. Gender bərabərliyi təbliğatının təlimatlandırılması

8. (Qrup işi3) İştirakçıların mövzu ilə bağlı gələcək planlarının tərtibi

9. İştirakçıların mövzu ilə bağlı gələcək planlarının təqdimatı

Təbliğat mərhələsində rayonlardan olan gənc elçilər tərəfindən layihənin davamlılığı olaraq həyata keçiriləcəkdir.

Layihədə yalnız 18-35 yaş arası, qeydiyyat  və faktiki yaşayış ünvanı Astara, Cəlilabad, Lənkaran, Masallı, Lerik, Yardımlışəhərindən/rayonundan olan gənclər iştirak edə bilərlər.

Təlim kursunda iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan anket formasını doldurmaqla 10 may 2018-ci il tarixində saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. İştirakçıların yaşayış və qidalanması təşkilatçı tərəfindən təmin ediləcək.

Proqramın sonunda iştirakçılar sertifikat ilə təltif olunacaqlar.

Qeydiyyat

http://www.nayora.az/announcements2,217/lang,az/

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin