Norm şirkətində 2018-ci il üzrə Yay Təcrübə proqramı

0
451

Norm şirkəti 2018-ci il üzrə Yay Təcrübə proqramını elan edir.

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə bakalavr pilləsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilər:

– İnşaat mühəndisliyi,
– İqtisadiyyat, Logistika, Nəqliyyat
– İnşaat Materialları, Yapışdırıcı Materiallar və Beton istehsalı Texnologiyası
– Avtomatika, İdarəetmə Sistemləri, Elektrik, Energetika, Elektronika
– Maşınqayırma, Texnoloji maşınlar və Metallurgiya
– Kimya və Kimya texnologiyası
– İdarəetmə, insan resursları, inzibati idarəetmə, təsərrüfat

Tələblər

  • Proqrama müraciət forması
  • Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirən niyyət məktubu (Letter of purpose)
  • Tələbə olduğunu təsdiq edən sənəd
  • Elmi işlərin siyahısı (əgər varsa)
  • İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
  • Magistrlər üçün – bakalavr diplomunun surəti

Şərtlər

İş qrafiki:         Bazar ertəsi – Cümə

Müddət:          2-3 ay

Əlavə olaraq:   nahar və nəqliyyat xidməti

Müraciətlər

Müraciətlərinizi aşağıda qeyd olunmuş formanı yükləyib doldurdurdan sonra 06 may 2018-ci il tarixinədək [email protected] email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur:

Təcrübə proqramına müraciət forması

 

Qeyd: Təcrübə proqramı ödənişsizdir və Şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır.