Elm havaları: Elm və din – Təlim

0
452

Elm və din arasındakı əlaqələr fəlsəfədə olduğu kimi ilahiyyatda da davamlı müzakirə mövzusudur. Elm və din hansı məqamlarda biləşir və hansı suallara cavab axtarır? Dini inanclar elm üçün əlverişlidirmi yoxsa onlar elmi araşdırma üçün maneələr yaradır? “Elm və Din” mühazirəsi bu və digər suallara cavab verməyi nəzərdə tutur. Mühazirə zamanı elm və din arasındakı tarixi və müasir qarşılıqlı əlaqələri öyrənəcəyik. Həmçinin müxtəlif nəzəriyyələrə baş vuraraq və hər iki sahənin bir-biri ilə əlaqəli fəlsəfəsini analiz edəcəyik. Dini inancınızdan, fəlsəfi baxışlarınızdan və elmi biliklərinizdən asılı olmayaraq hər biriniz mühazirəyə dəvətlisiniz.

Spiker: Nisə Hacıyeva
Nisə Hacıyeva Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Daha sonra Turin Universiteti və Beynəlxalq Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət araşdırma İnstitutunun (UNICRI) Beynəlxalq Cinayət və Ədalət proqramı üzrə magistr dərəcəsi alıb. Hal hazırda isə elm fəlsəfəsi üzrə araşdırma edir.

Mühazirə azərbaycan dilində olacaq.