Mühafizəçi – Vakansiya

0
510

Qaradağda yerləşən zavoda “Mühafizəçi” vəzifəsinə işçi axtarışı elan edilir. Tələblər. • Həqiqi hərbi xidməti başa vurmuş; • Fiziki cəhətdən sağlam; • Yazılı və şifahi ünsiyyət bacarığı yüksək; • Mühafizə xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir. İşin xüsusiyyəti. • Növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, rabitə vasitələrinin sazlığını, işıqlanmanın olmasını təmin etmək; • Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa – sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında – özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə xəbər vermək; • Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi; • Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət etmək; • Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması; • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi; • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılmasına riayət etmək. Ünvan: Qaradağ rayonu, Salyan şossesi, 24-cü km İş saatları : 2 Növbəli Əmək haqqı : 350-400 AZN Net Əmək münasibətləri Əmək Məcəlləsinə uyğun aparılır. Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Aprel 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!