CV – ni necə hazırlayaq? – Məlumat

0

Məlumdur ki, hər dəfə iş üçün müraciət etdikdə bizdən ilk öncə CV göndərməyimizi xahiş edirlər.

Bəs CV-nı necə tərtib etmək lazımdır? Hansı məlumatları göstərmək lazımdır? Bilirsiz? CV sadə yoxsa gözəl dizaynlı olmalıdır?


CV səliqəli, aydın bir dizaynda hazırlanmalıdır. Marketinq və reklam sahələrində işləyənlər isə CV tərtibatında kreativlik işlədə bilər. Bu işdə dizayn deyil, ora yazdığınız məlumatlar daha vacibdir.

Sizə köməkcil olacaq 8 ödənişsiz onlayn CV maker-ları bir araya gətirdim!Olur ki, CV-nı onlayn tərtib edirsən, bütün enerjini sərf edirsən, ən sonda isə CV-nı yükləmək üçün ödənişin lazım olduğu məlum olur. Bunun baş verməməsi üçün bütün göstərilən saytları özüm yoxlamışam.


https://europass.cedefop.europa.eu – ən populyar CV konstruktorlardan biri. CV-ları ödənişsiz PDF və WORD formatlarında tərtib etməyə imkan yaradır.


http://craft-cv.com – bir neçə xarici dildə CV tərtib etmək imkanını verir. Hazır CV nümunəsini seçib, ona dəyişiklər edə və sonra yükləyə bilərsiniz.


www.yourcvbuilder.com – ödənişsiz rahat və fərqli dizaynlarda CV tərtib etməyə imkan verir.


cvmkr.com – tez və sadə CV hazırlamaq istəyənlər üçün yararlıdır.


www.theladders.com – rahat və səliqəli CV nümunələrini ödənişsiz tərtib etməyə imkan verir. Daha gözəl dizaynlı CV-lar ödənişlidir.

 

http://icanchoose.ru/resume/construstor/189128/ – çox rahat və maraqlı dizaynlı CV hazırlamaq imkanını verir

www.visualcv.com – standart CV-ları ödənişsiz tərtib etməyə imkan verir. Daha gözəl dizaynlı CV-lar ödənişlidir.


www.resumonk.com – CV-ları pdf formatında ödənişsiz tərtib etməyə imkan verir.


Nəzərinizdə saxlayın :

CV tərtib edərkən ən son iş yerinizdən (təhsil ocağından) başlayın.

Özünüz barədə yalnış məlumatlar yazmayın – peşakar mütəxəssislər nəyin yalan, nəyin doğru olduğunu onsuz da bilir.

İş yerində nə etdiklərinizi deyil, daha çox hansı nəticələr əldə etdiyinizi göstərin.

Özünüz barədə qısa “summary” hazırlayın.

Reference bölməsini daxil edin – birbaşa sizinlə işləyən adamların adlarını qeyd edin

Kafedə, təbiətdə, toyda çəkilən şəkilləri yerləşdirməyin – neytral fonda şəkiliniz yoxdursa, qoymamağınız yaxşıdır.Hobbi bölməsini doldurun – sizin hərtərəfli insan olmağınız daim müsbət qarşılanacaq.