Azərbaycan cizgi filmləri

0
248
Cizgi filmləri сəmiyyətdəki gender münasibətləri barədə ilkin fikirlərimizin formalaşmasında mühüm rol oynayır, bəzən onların qəhrəmanları cəmiyyətdə mövcud olan prototiplərə çevrilir. Cizgi filmləri həmçinin yaradıldığı dövrün mövcud sosial reallıqlarından təsirlənir və onları əks etdirir.
Bu səbəddən “Equals” 1 may 19.00-da sizi 3 Azərbaycan cizgi filmini (Tıq-Tıq Xanım (1974), Anam ağaca çıxdı (1986), Fitnə (1970) seyr edib müzakirə etməyə dəvət edir. Gəlin birlikdə Tıq-Tıq xanımın əslində nə istədiyinə, Fitnənin nəyə görə ağır yüklər daşıdığına və ananın hansı səbəbdən ağaca çıxmasına cavablar tapaq.
Nümayişdən sonra Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zumrud Dadashzade və qızı, rejisor Aysel Axundovanın iştirakı ilə müzakirə olacaq.
 1 may saat 19:00
22 Mirza Ibrahimov, AZ1010 Baku, Azerbaijan