“Teatr vasitəsi ilə Dialoq” tamaşasının izlənilməsi və müzakirəsi

0

Sizi, Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsinin təşkil etdiyi “Teatr vasitəsi ilə Dialoq” qısa tamaşalara dəvət etməkdən qürür duyuruq.
Qeyd edək ki, Avropa İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən PeaCE proqramı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri və siyasətçilər arasında dialoqu asanlaşdırmaqla sülh quruculuğu səylərini dəstəkləməyi məqsəd güdür.

Tamaşanı ifa edən gənclər Y-PEER Azərbaycanın keçirdiyi 5 günlük təlimlər vasitəsi ilə münaqişə və sülh sahəsi, zorakılıq və kimlik mövzusu haqqında məlumatlanmış və bir neçə gün ərzində sosial teatr texnikalarını təcrübədən keçirmişlər.

Tarix: 29 Aprel 2018-ci il
Vaxt: 16:00-17:30
Məkan: Baku İdeaLab, Caspian Plaza III, 3-cü mərtəbə

Giriş sərbəstdir.

Tamaşa nümayişindən sonra keçiriləcək müzakirədə iştirak edərək prosesə öz töhfənizi verə bilərsiniz.


It is our honor to invite you to Dialogue through Theatre short-plays organized by Y-PEER Azerbaijan within The ‘Peacebuilding through Capacity Enhancement and Civic Engagement’ (PeaCE) programme is funded by the European Union under the Instrument contributing to Stability and Peace (IcSP).
PeaCE programme is implemented by the initiative and financial support of European Union and aims to support peace-building initiatives among civil societies, media, and politicians for contributing to the resolution of Armenian-Azerbaijan Nagorno-Karabakh conflict.

Participants of the theatre play are young people who are trained by Y-PEER Azerbaijan within 5 days training program on conflict and peace related topics, violence and identity as well as they have experienced social theatre techniques within few days.

Date: 29 April 2018
Time: 16:00-17:30
Venue: Baku IdeaLab, Caspian Plaza III, 3rd floor.

Entrance is for free.

After the theatre play you can contribute to the process by participating in the discussions.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin