“Sənin Baxışın” adlı rəsm müsabiqəsi

0
433
THE SAME komandası Xəzər universitetinin İqtisadiyyat və menecment
fakultəsinin tələbələri tərəfindən yaradılmış və Adventure Partners (AVP)
şirkətinin idarəçiliyi ilə Peer to Peer (P2P) müsabiqəsi əsasında yaradılmışdır.
Müsabiqə P2P:’’Facebook Global Digital Challenge’’ adı ilə təşkil olunmuş
beynəlxalq universitetlər arası bir yarışmadır. Müsabiqədə 50 –dən artıq ölkələri
təmsil edən komandalar mövcuddur, ölkəmizi isə yarışda yalnız THE SAME
komandası təmsil edir. Online nifrət mesajlarının çoxaldığı bu dövrdə Facebook
bu yarışa sponsorluq edərək gənclərə nifrət mesajlarına qarşı kampaniya
yaratmaları üçün dəstək verir.
THE SAME “Sənin Baxışın” adlı rəsm müsabiqəsi elan edir.
THE SAME komandası və Xəzər Universitetinin İncəsənət departamenti birgə rəsm
mqsabiqəsi elan edir. 12-35 yaş aralığında olan rəssamlar və eləcə də həvəskarlar qoşula
bilərlər və bir iştirakçı bir neçə əsər təqdim edə bilər.I, II və III yerlər üçün hədiyyələr
olacaq. Şərtlər aşağıdakı kimidir.
bütün işlər irqçilik mövzusuna aid olmalı
yerli və beynəlxalq irçiliyə aid mövzulara toxunula bilər
daha çox onlayn nifrət nitqinə yaxın, çağırış,marifləndirici xarakterli əsərlər
təqdirəlayiqdir
əsərlər 18-25 may 2018 tarixlərində Xəzər Universitetinə təqdim edilməlidir.
verilən qeydiyyat forumu doldurmalıdır
Əsərlər may ayının son həftəsində Xətai İncəsənət Mərkəzində böyük konsert tədbiri ilə
sərgilənəcək.
Əlaqə vasitələri:
+994553275447
Ünvan:Xəzər Universiteti Məhsəti Gəncəvi küç. 11