Bugün əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək!

0

Əlilliyi olan gənclər üçün əmək yarmarkasına dəvət

Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində məqsəd sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsi, eyni zamanda ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri olan əlil gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığını təmin etmək və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasıdır. Ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqramları sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaratmağa və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir.

Əlilliyi olan gənclər əmək yarmarkasında [email protected] ünvanına CV göndərməklə iştirak edə bilərlər. UNEC Karyera Mərkəzində yaradılacaq elektron CV bazası müfaviq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək.

Əmək yarmarkası saat 10.00-dan 15.00-dək Park İnn otelində keçiriləcək.

Приглашение молодежи с инвалидностью на трудовую ярмарку

5 мая при совместной организационной поддержке Министерства молодежи и спорта, Министерства образования, Министерства труда и социальной защиты населения и UNEC состоится трудовая ярмарка для молодежи с инвалидностью.

Целью проведения ярмарки с участием государственных структур, местных и зарубежных компаний является обеспечение занятости молодежи, нуждающейся в социальной защите, в то же время обеспечение доступности молодежи с инвалидностью к услугам во всех сферах, что является одним из направлений политики, связанной с развитием социальной сферы в стране, а также созданием инклюзивной среды для равноправного их использования.  Для развития инклюзивного общества в нашей стране реализованы конкретные программы. Утвержденные главой государства государственные программы «Азербайджанская молодежь в 2017-2021 годах» и «Развитие инклюзивного образования для лиц с ограниченными возможностями здоровья в Азербайджанской Республике в2018-2024 годах» служат для создания доступной среды для лиц с ограниченными возможностями здоровья и расширение их возможностей занятости.

Молодежь с инвалидностью может принять участие в трудовой ярмарке, направив CV на электронную почту [email protected]. Электронная база CV, созданная в Центре карьеры UNEC, будет представлена в соответствующие министерства, организации и компании.

Трудовая ярмарка будет проходить в отеле Park İnn с 10.00 до 15.00 часов.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin