DİM-dən Abituriyentlər üçün Ödənişsiz onlayn sınaq imtahanı!

0
Ödənişsiz onlayn sınaq imtahanı!

Dövlət İmtahan Mərkəzi abituriyentlərə kömək məqsədilə “Abituriyent”
jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz
onlayn sınaq imtahanları təşkil edir.
2018-ci il “Abituriyent” jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil
müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən
ibarət ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və
onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.
Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.az portalına
daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas
qrupunu seçib imtahana yazıla bilərlər.
Qeyd edək ki, onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının
modeli builki qəbul imtahanlarına tam uyğundur.
Abituriyentlərə onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə
etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə
düzgün cavabları müqayisə etmək imkanı yaradılır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin