Bank BTB işçi axtarır – Vakansiya – SON GÜN!

0
338

“Bank BTB” ASC Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı)

İş barədə məlumat:
• Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
• Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
• İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
• Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
• Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
• Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
– Ali iqtisadi təhsil;
– 2 il iş təcrübəsi;
– Ünsiyyət qurma bacarığı;
– Təqdimetmə və satış bacarığı;
– Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15 May, 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı) göstərməyiniz xahiş olunur.