Gender Vision: Video əsaslı gender təlimi – SON QEYDİYYAT GÜNÜ!

0
240

BMT-nin Gürcüstan Assosiasiyasının və Y-PEER Azərbaycan Gənc Həmyaşıd Şəbəkəsinin dəstəyi ilə Gender mövzusunda video əsaslı təlim keçirilir.

Təlimin məqsədi gəncləri gender və seksuallıq mövzusunda maarifləndirmək və eyni zamanda video/foto sahəsində bacarıqlarını artırıb, mövzunu ictimaiyyətə çatdırmasına şərait yaratmaqdır.

Təlim 23-27 May tarixləri arasında baş tutacaqdır.

Təlimin müddəti: 23-25 May- 14:00-18:00
26-27 May- 10:00-18.00
İştirakçılar nahar və çay fasiləsi ilə təmin olunacaqdır.

Təlimdə iştirak tamamilə ödənişsizdir!

Təlimdə iştirak üçün şərtlər:
-18-25 yaş aralığında olmaq
-Gender mövzusunda maraqlı olmaq
-kreativlik
-ilkin video bacarıqlarının olması
-təlimdən sonra iki həftə ərzində, layihə hazırlamağa hazır olmaq

Təlimdə iştirak edəcək 20 gənc onlara verilən iki həftə vaxt ərzində seçdikləri mövzular üzrə qısa filmlər hazırlayacaq və bu filmləri təqdim etmək şansları olacaq.

Təlimdə iştirak üçün aşağıdakı müraciət formasını doldurmağınız xahiş olunur.

https://goo.gl/forms/EZLtt14uuic8piZ23

Son göndərmə tarixi: 15 May,2018-ci il.

Yalnız seçilmiş iştirakçılara 19 may tarixinədək seçilmələri ilə bağlı və təlim barəsində ətraflı məlumat veriləcək.

Ətraflı məlumat və suallarınızla bağlı əlaqələndirici şəxs Sevil Süleymanova ilə [email protected] və yaxud Asaf Annanfeld ilə [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.