Peşəkar sığortaçılar məktəbi – işlə təmin edən layihə

0
216

“Atəşgah” Sığorta Şirkəti vətəndaşların məşğulluq imkanlarının artırılması, sığorta sahəsi ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması məqsədi ilə Bakı və Sumqayıt şəhərləri üzrə “Peşəkar sığortaçılar məktəbi ” layihəsinin icrasına başlayıb! Yaşından, təhsilindən və iş təcrübəsindən asılı olmayaraq, özünə və bacarığına güvənən hər bir kəs layihəyə qatılaraq, yeni peşəyə sahib olacaq.
Layihə çərçivəsində hər bir şəxs sığorta məhsullarının satışı üzrə mütəxəssis kimi işləmək imkanı əldə edəcək.

Layihədə iştirak etmək istəyənlər öz CV – lərini [email protected] ünvanına göndərə bilərlər.