STP MMC-nin SƏTƏM Departamentində Ekoloq vakansiyası

0
771

Sumqayıt Texnologiyalar Parkı MMC-nin SƏTƏM Departamentinde Ekoloq vakansiyasi

Vəzifə öhdəlikləri:

• Ətraf mühit qaydalarının və tətbiqlərinin inkişaf etdirilməsi və tətbiq edilməsi;
• Ekoloji hesabatlarının yaradılması və rəhbərliyə təqdim edilməsi;
• Ətraf mühitin mühafizəsini optimal şəkildə təmin etmək üçün rəhbərliyə müvafiq istiqamət verilməsi;
• Ekoloji icazələrin və lisenziyaların alınması, saxlanması, dəyişdirilməsi və yenilənməsi;
• Kimyəvi sızmalar kimi ekoloji hadisələrə cavab vermək üçün fövqəladə cavab tədbirləri qrupu ilə işlənilməsi;
• Ekoloji pozuntuları müəyyənləşdirilməsi və həll edilməsi;
• Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların aparılması;
• Ekoloji qəzalarını araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
• Tullantıların xaric edilməsi və çirklənmə nəzarət proqramlarına nəzarət edilməsi;
• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Istehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericilikdə və beynəlxalq standartların tələbinə əsasən idarə olunmasını bilməli;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• E-mail: [email protected]