Əvvəldən Sona – Qrup sərgisi

0

Əziz dostlar, sizi 18 may tarixində 19:00 da “Əvvəldən Sona” adlı qrup sərgisinə dəvət edirik. Sərgidə Orxan Qarayev, Bəhruz Kəngərli və İmran Mehdiyevin əsərləri nümayiş olunacaq. Sərgi “Gallery White City” baş tutacaq və 25 maya qədər davam edəcək. Giriş sərbəstdir. Həmcinin sizi 19 may 15:00 da rəssamlarla görüş və 20 may 15:00 tarixində master-klassa dəvət edirik.

Hər şeyin başlanğıcı və sonu var. Amma bu başlanğıc və son, ürəklərdə və ağıllarda iz qoyan, bizi güclü edən və bizi canlı hiss etməyə məcbur edən məğlubiyyət və qələbələrin olduğu yol qədər vacib deyil. Axı həyatımızda heç nə izsiz qalmır. Hər şeyin nəticəsi var, yaxşıda, pisdə. Başlanğıcın olduğu prosesin özündə sonun əsası qoyulub, doğuluş var, ölüm var. Canlı ölü və ya canlılardan ən canlısı olmaq seçimi… Bu bizi dəfələrlə düşünməyə məcbur edib ki, bütün bunlar nə üçündür və həyat bizə nə üçün verilib? Ruhunla, qəlbinlə və düşüncənlə yaşamağı bacarmaq – bizim üçün yaradıcılıq bax budur.
Hamının, sonun olduğunu iddia etdiyi yerdə, başlanğıcı görə bilmək, gözəlliyin bəlkə də ümumiyyətlə olmadığı yerdə onu görmək və yaratmaq – yaradıcı təfəkkür elə budur.
Qərar qəbul etmək və bu qərarlara inanmaq, onlara əməl etmək, məqsəd güdmək və daha dərindən araşdırmaqla suallara cavab tapmaq – güclülərin taleyidir.
Həmişə rəssamlar, müəlliflər, ifaçılar, plagiat və orijinallıq olub. Amma orijinallığı təlqin etmək lazım deyil. Bu, mümkün deyil. Onu yaratmaq və yeritmək lazımdır.
Bizim sərginin mövzusu əvvəldən sona və ya əksinədir. Axı, başlanğıc sonun müjdəçisidir, son isə yalnız başlanğıcdır və bu mövzunu qaldırmaqla biz belə bir suala cavab tapmaq istərdik: “Biz hara gedirik – məntiqi sona gedirik, yoxsa yolun başlanğıcındayıq və öz yeganə və sonuncu yolumuzla gedərək və yaxud yüzlərlə dəfə keçilmiş yolla gedərək yeni nəsə əldə edirik? Həqiqətən də, heç kim bilmir ki, bizim sivilizasiyanın neçə yaşı var və gəlib çıxdığımız (təkamül edərək) hər şey bəlkə də bizə qədər artıq olub. Nağıllar, ənənələr, mifologiya, tarix, din, kosmosun tədqiqi – bütün bunlar uydurmadırmı? Bizə hər şeyi göstəriblərmi, yoxsa yalnız azca pərdəni qaldırıblar? Burda yalnız təkcə bizikmi?

Дорогие друзья! 18 мая в 19:00 приглашаем вас на групповую выставку под названием «От начала до конца» . На выставке будут представлены работы Орхана Гараева, Бахруза Кенгерли и Имрана Мехтиева. Выставка пройдёт в “Gallery White City” и продлится до 25 мая. Вход свободный. А также 19 мая в 15:00 пройдёт встреча с художниками и 20 мая в 15:00 состоится мастер-класс.

Все имеет начало и конец, но не так важно начало и не так важен конец, как тот путь, который оставляет следы в сердцах и в умах, где есть поражения и победы, которые нас делают сильнее и заставляют нас почувствовать себя живыми. Ведь ничто в нашей жизни не остаётся бесследно. У всего есть последствия, и хорошие и плохие. Сам процесс, в котором есть начало в нем заложен конец, есть рождение, есть смерть. Выбор быть живым, мертвецом или быть живее всех живых… Это заставляло нас не раз задуматься для чего все это? И зачем дана нам жизнь?.. Умение жить душой, сердцем и разумом – вот что для нас творчество. Умение видеть начало там, где многие твердят что это конец, умение видеть и сделать красоту там, где может её вовсе и нет – это и есть творческое мышление. Уметь принимать решения – это удел сильных и верить в эти решения, следовать этим решениям, преследовать цели и копая глубже получать ответы.
Всегда были художники, авторы, исполнители, плагиат и оригинальность. Но оригинальность не нужно внушать, это невозможно. Её нужно создавать и внедрять. Тема нашей выставки от начала к концу или же наоборот, ведь Начало есть нечто иное, как предвестник конца. А конец – это только начало. Подняв эту тему мы хотели бы узнать ответ на такой вопрос: К чему мы идем? К логическому концу или только в начале пути черпаем новое, проходя свой единственный и последний путь или уже пройденный ни одну сотню раз?.. По истине никто не знает сколько лет нашей цивилизации и все то, к чему мы пришли (эволюционировались), возможно было уже и до нас.
Сказки, предания, мифология, история, религия, иcследования космоса – выдумка ли все это? Показали ли нам уже все или лишь приоткрыли занавес, одни ли мы здесь?