Qrafik Dizayner – “BİZİM MARKET” MMC
İş barədə məlumat
– Çap məhsullarının (kataloq, flyer, firma blankı, buklet, Sosial Media üçün postların hazırlanması və s.) dizayn olunması
– Reklam materiallarının (plakatlar, küçə reklamları, bannerlər, vinillərin və s.) dizaynının hazırlanması
– İş qrafiki: həftənin 5 günü saat 09:00-dan 19:00-dək, şənbə-bazar günü istirahət
– İş yeri Bakı şəhərində yerləşir
Namizədə tələblər
– Corel draw, Photoshop proqramlarını yüksək səviyyədə bilməli
– İşlərə kreativ yanaşma tərzi
– Nizamlı və məsuliyyətli
– Ünsiyyətcil, məsuliyyətli və çevik olmalı
– Faylların çapa hazırlanması və işin gedişatını izləmə bacarığı olmalı
Maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına mövzu yerinə “Qrafik dizayner” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.
Qeyd edim ki, şəkilsiz cv-lərə baxılmır.