Qan qrupuna görə insan şəxsiyyətinin identifikasiyası – Təlim Bugün!

0
288

Milli QHT Forumun Sağlamlıq Mərkəzinin rəhbəri, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın sədri Ziba Nəbiyevanın təşəbbüsü və Milli QHT Forumun təşkilatı dəstəyi ilə “Qan qrupuna görə insan şəxsiyyətinin identifikasiyası” adlı original bir təlimə start verilir.

Təlimin müəllifi və aparıcısı biologiya elmləri namizədi, BDU biologiya fakültəsinin dosenti və tədris-metodik şurasının üzvü, Milli QHT Forumu prezidentinin müşaviri, M.Ə.Sabir Fondunun prezidenti, çoxsaylı kitab, elmi əsər və verilişlərin müəllifi, dəyərli ziyalımız Sevda Tahirlidir.

Bu təlimdə 4 fərqli qan qrupunun insanın həyatındakı roluna – onun xarakterinə, karyerasına, sağlamlığına və eləcə də qidalanmasına, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına necə təsir etməsinə dair məlumatlar əldə edəcəksiniz.

Təlimə QHT rəhbərləri/nümayəndələri, səhiyyə işçiləri, KİV nümayəndələri, mövzuya maraq göstərən insanlar dəvətlidirlər.

Təlimdə iştirakınızı qeydiyyat linkindən keçməklə təsdiqləyin:https://docs.google.com/forms/d/1lhtS1TsDP2R73fqV3hvWth4lAFRk1qrojZk3MBnoc0Q/edit
Ünvan: Nərimanov ray., Əhməd Rəcəbli küç.,156, şüşəli bina – IV mərtəbə, (Şəki restoranının yaxınlığında, Lor Hospitalla üzbəüz olan Mirage mebel salonunun üst mərtəbəsində). Əlaqə nömrələri: (012) 565-57-27, (051) 255-70-55, (077) 415-15-15