“Etüddən gəlirəm” – Sərgi

0
308

Azərbaycan Respublikası Mədəniyyət, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı 17 may
2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini
öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdimək
bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların
yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin
təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin
rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq
məqsədi ilə həyata keçirildi.
Təqdimatda 36 rəssamın plener zamanı ərsiyə gətirdikləri 80-ə yaxın işi sərgilənəcək.