Seminar: Enerji Səmərəliliyi və Ağıllı Şəbəkə (Smart Grid) – BUGÜN!

0
232

Azərbaycan Elm Assosiasiyası və AZGREEN-Engineering and Environmental Services -in birgə əməkdaşlığı çərçivəsində Qafqaz Point Hotel-də 13 may 2018-ci il tarixində saat 11:00-da “Enerji Səmərəliliyi və Ağıllı Şəbəkə (Smart Grid)” mövzusunda təlim keçiriləcək. Təlim zamanı enerji səmərəliliyinin artırılması yolları, enerji itkilərinə səbəb olan amillər və innovativ üsullarla qarşısının alınması, eyni zamanda enerji siyasəti haqqında seminar iştirakçılarına məlumat veriləcək. Həmçinin təlimçilər tərəfindən Azərbaycanda yeni, lakin gələcəkdə böyük perspektivi olan Smart Grid sistemlərinin işləmə prinsipi, idarə olunması və onların dayanıqlı enerji təminatında əhəmiyyəti mövzusundakı yeniliklər də auditoriyaya çatdırılacaq. Təqdimatlar aşağıdakı təlimçilər tərəfindən göstərilən mövzular üzrə olacaqdır;

Etibar Qəhrəmanov – Ağıllı Şəbəkə (Smart Grids)
Orxan Kərimzadə- Enerji səmərəliliyi

Məkan – Qafqaz Point Hotel
Tarix – 13 May
Saat – 11:30-13:00
İştirak pulsuzdur.
Qeydiyyat tələb edilmir.
Nəqliyyat:

Elmlər metrosu
3, 6, 18, 53, 39, 77, 2, 11 nömrəli avtobuslar