Sosial layihə – “Əl-ələ verək, dəstək olaq”

0
385

“STİMUL Education & Consulting”dən sosial layihə – “Əl-ələ verək, dəstək olaq”

Təhsil Mərkəzi xeyriyyə işlərini davam etdirir

STİMUL Education & Consulting müxtəlif sosial həssas qruplar üçün ödənişsiz kursların təşkilinə başlayır. Mərkəz Korporativ Sosial Məsuliyyəti əsas prioritet tutaraq, fəaliyyətinin bir hissəsini də müxtəlif sosial qruplar üçün ödənişsiz kursların və seminarların təşkilinə yönəldib.

STİMUL nəzərdə tutulan şəxslər üçün (Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin övladlarına, hər iki valideyn himayəsindən məhrum olan uşaqlara, yeniyetmələrə və gənclərə, fiziki məhdudiyyəti olan şəxslərə) aşağıda qeyd olunan layihələrdə ödənişsiz iştirak imkanını təklif edir:

1. MS Office proqramlarının tədrisi;
2. İngilis və Rus dillərinin tədrisi;
3. İngilis və Rus dilində ödənişsiz Ünsiyyət Klublarının təşkili;
4. “CV yazma və İş Müsahibəsinə hazırlıq”, “Diksiya – Natiqlik Məharəti”, Psixoloji yöndə və digər seminarların təşkili;

Mərkəz Sosial Layihədə iştirak üçün könüllüləri də əməkdaşlığa dəvət edir. Qeyd olunan ixtisaslar üzrə təlimlərdə iştirak etmək istəyən müəllimlər (könüllü) mərkəzə müraciət edə bilər.

Online qeydiyyat üçün: https://goo.gl/forms/4nCnFhiIxXwk4sSj2

Bizimlə əlaqə və layihədə iştirak üçün:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 10-cu mərtəbə (Nizami M/S yaxınlığı)
Telefon: (+994 12) 497 75 37 / 39
Mobil: (+994 50) 661 01 17; (+994 55) 528 35 45;
Mobil: (+994 70) 297 75 37
WhatsApp: (+994 55) 779 75 17
E-mail: [email protected]
Web: www.stimul.edu.az
https://www.facebook.com/Stimul.edu.az
https://instagram.com/stimul.az

Media tərəfdaşı : Hokm.az , Eduland.az , Minion.az və s.