Eurovillage – Avropa Şəhərciyi 2018-Avropa mədəniyyəti günləri

0
276

Avropanı Bakıda kəşf edin!

Avropa Şəhərciyinə dəvətlisiniz!
Bakı Bulvarında təşkil olunacaq əyləncəli tədbirdə siz Avropa ölkələrinin mədəniyyəti, adət-ənənələri ilə tanış olacaq, viktorinalara və oyunlara qatılaraq maraqlı gün keçirəcəksiniz.

“Avropa Şəhərciyi – 2018” ölkələri kəşf etmək istəyən gənclər, şirin-şəkər balalar və Avropa mədəniyyəti ilə maraqlanan hər kəs üçündür!

Giriş sərbəstdir.

PROQRAM:
Sərginin müddəti 12:00 – 20:00 , 2 iyun

* Avropa şəhərlərinə virtual səyahət
* Elmi Şou
* Gül çələnglərinin hazırlanması
* 3D qələmlərlə qeyri-adi şəkillərin çəkilməsi
* Milli və Avropa rəqs dərsləri
* Avropa dilləri dərsləri
* Futbol zonası
* Karaoke
* Foto kabinəsi
* Avropa mətbəxinin nümayişi
* Üz rəsmləri (feys-art) və əl xınası
* Milli naxışların çəkilməsi
* Çoxsaylı müsabiqələr və viktorinalar

Dostlarınızla və ailənizlə yığışın, gəlin!