Neymar Jr’s Five – Azerbaijan 2018 – Dünya finalında oynamaq şansı / Müsabiqə /

0

Komandan var? Hamıya qalib gəl!

Qeydiyyat – win.gs/neymarjrsfiveaze

Beş nəfərlik komanda yığ, öz şəhərində seçim turuna qeydiyyatdan keç və dünya finalına səfəri udmaq şansını əldə et.

Oyunun qaydaları:
İki komanda, beş beşə (5×5), qapıçılarsız, 1,5 x 0,8 metr ölçülü qapılarla, 15 x 25 metr ölçülü meydançada oynayırlar. Matç 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandasından bir oyunçunu uzaqlaşdırır. Oyun, komandalardan birinin son oyunçusunun uzaqlaşdırılmasına, və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçuların sayı ən çox qaldığı komanda qalib gəlir.

Komandada 6 oyunçudan (1 ehtiyyat) minimal olaraq 3 nəfəri 18-25 yaşları arasında, 2 nəfəri isə 25 yaşdan yuxarı ola bilər. Maksimum 2 nəfər 25 yaşdan yuxarı ola bilər.

Qeydiyyat – win.gs/neymarjrsfiveaze

Seçim mərhələləri:
Gəncə – 19 may
Lənkəran – 26 may
Bakı – 1,2 və 3 iyun

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin