Abituriyentlərin nəzərinə!

0
341
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilmişdir.
Mayın 17-dən iyunun 14-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər
üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilmişdir:
Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları
üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş
abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda qeyd
olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.
Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV,
V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən
abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
29 mart – 30 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak
etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin
məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun
regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali
təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək
şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. Bu
kateqoriyadan olan rus bölməsinin abituriyentləri isə mayın 29-dək
elektron ərizələrini təsdiq etməlidirlər ki, 10 iyun tarixində keçiriləcək
Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə bilsinlər.
22 aprel 2018-ci il tarixində rus bölməsi abituriyentləri üçün
keçirilmiş “Azərbaycan dili” fənni imtahanında “qeyri-məqbul”
qiymət alan və ya iştirak etməyən abituriyentlər də ikinci imtahanda
iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrini
11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə
“Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan
keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.