Bakcell-də “2018 Yay Təcrübə Proqramı”na qəbul!

0

Bakcell böyük məmnuniyyətlə III və IV kurs bakalavr tələbələri, magistrlər və yeni məzunları şirkətin “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən nüfuzlu və innovativ şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir. 

Seçimdən uğurla keçən namizədlər “Bakcell”in satış və marketinq şöbələrində 2 ay müddətində təcrübə keçmək imkanına malik olacaqlar. Təcrübə müddətində gənclər şirkətin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda praktiki biliklər əldə edəcəklər. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

Bakcell şirkətinin “2018 Yay Təcrübə Proqramı” barədə daha ətraflı məlumatı: http://bit.ly/tecrubeproqrami2018
Proqramda iştirak etmək üçün müraciətlər (CV) 31 may 2018-ci il tarixinə qədər [email protected] ünvanı vasitəsilə qəbul olunacaq.

Təcrübə müddəti iyul ayının 2-sindən sentyabr ayının 10-dək davam edəcəkdir.

Tələb olunan ixtisas/fakültə:

  • Marketinq
  • Biznesin İdarə olunması
  • Kommersiya
  • Statistika
  • İqtisadiyyat
  • və ya əlaqəli ixtisaslar

Siz də Yay Təcrübə Proqramında iştirak etmək və təcrübə qazanmaq istəyirsinizsə, 31.05.2018-ci il tarixinədək CV- nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda ‘’2018 Yay Təcrübə Proqramı’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin