Səyahəti sevənlər üçün Turizm ilə bağlı maaşlı Təcrübə Proqramı – Sonda İşləmək İmkanı!

0
359

Trawell Group komandası olaraq artıq 3 ilə yaxındır ki, turizm sferası üzrə bir çox layihə və ideya (“Vizam.az”, “Tripanema”, “BackPack”, “Travelers Nirvana” və s.) üzərində çalışırıq. İdeyalarımızın bir çoxu artıq reallaşma mərhələsində olduğu üçün komandamızı böyütməyə qərar verdik. Bu səbəbdən növbəti Yay Təcrübə Proqramımızı elan edirik.

Tələblər:

1. Gülümsəməyi bacarsın. A̶r̶a̶d̶a̶. Hərgün. Öz müsbət enerjisini, aurasını həm komanda üzvlərinə, həm müştərilərə ötürə bilsin. ?

2. İşinə kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün eksperiment kimi baxsın. 3 sözlə izah edə biləcəyi fikrini 46 cümlə ilə izah etməsin. ☎️

3. Rus və ya İngilis dili biliyi yüksək səviyyədə olsun. Sırf dil səviyyəsini göstərmək üçün ingilislərin bilmədiyi IELTS 9 sözlərindən istifadə etməsin. “Colonel”, “Otorhinolaryngologist”, “Melburn”, “Edinburg” sözlərini düzgün ifadə edə bilmirsə, boş versin, heç biz də bilmirik. ??️️??

4. Diqqətli olsun. Emailə attachmenti əlavə etdiyini 2 dəfə yoxlayacaq qədər. Ərizə formalarını özünün şəxsi viza müraciəti kimi qəbul edib, təkrar-təkrar gözdən keçirəcək qədər. “Hər hərf səhvimə ofisdə hərəyə 1 Snickers məndən” mərcinə rahat girə biləcək qədər. ?

5. Komanda işini sevsin. Fergusonun Mançesteri sevdiyi kimi. ?

6. Komputer bilikləri Exceldə “table” düzəltməkdən biraz o tərəfə keçsin. Worddə “Compare Files” funksiyasının adını eşitsin. P̶a̶i̶n̶t̶d̶ə̶ ̶l̶o̶g̶o̶ ̶y̶ı̶ğ̶a̶ ̶b̶i̶l̶s̶i̶n̶.̶ ̶ ?

7. Səyahəti sevsin. Norveçdə balıq tutmaq, Nepalda hiking etmək, Titikaka gölündə üzmək, Yelloustoun milli parkında kamping, Antarktidada pinqvinlərlə şəkil çəkdirmək, Serengeti Safarisində gecələmək, Puket sahillərində günəşlənmək, Yaponiyada Sakuranın çiçəklənməsi dövründə olmaq, Meksikada takos yemək, Amazon meşələrində azmaq istəkləri ilə alışıb yansın. ?

8. Sadiq olsun. Gəlib elə özünə Kanada vizası təşkil edib, aradan çıxmasın.?

9. Hər müştərimizi sevsin. Rəqiblərimizin müştərilərini daha çox sevsin. ?

10. Punktual olsun. Ola bilməyəndə gecikməyini 65 Nömrəli avtobusun, qatardakı summo xalaların, şəhərimizdə nadir görünən tıxacın, 2 saniyə gec gələn liftin, yolda rastlaşdığı ibtidai sinif müəlliminin üstünə yıxmasın. Hamımız bilirik ki, şəhərdəki bütün maneələr səhər xüsusi olaraq təkcə sizə qarşı hazırlanmır. ?

11. Filmləri sevsin. La Casa De Papel, Narcos, Peaky Blinders, Breaking Bad seriallarına baxmayıbsa, heç olmasa intervyuya kimi baxsın. H̶e̶y̶f̶d̶i̶r̶.̶ Əlavə olaraq kitabları və hikingi sevsin. Ping Pongu da sevməyi cekpotdur. ?

Təcrübə proqramı ödənişlidir (təcrübə saatlarından asılı olaraq 100-200 AZN) və 3 ay müddətində davam edir. Müddətin sonunda uğurlu olan təcrübəçilər şirkətdə qalıb turizm sahəsi üzrə perspektivli karyera qurmaq imkanı əldə edəcəklər.

Müraciət üçün CV və Motivasiya Məktubunuzu (Nə üçün bu təcrübə proqramını keçmək istəyirsiniz? sualına cavab) “Summer Internship Program” başlığı ilə [email protected] email ünvanına göndərməniz tələb olunur. Müraciət üçün son tarix 20 İyundur.