Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə foto müsabiqə

0
260

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Odur ki, Fins.az, AtaBank və Aqro-Azərinvest şanlı tariximizin təşfiqi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə foto müsabiqəyə start verir.
Müsabiqə mayın 11-dən 26-dək davam edəcək. 
Yarışmanın sponsoru AtaBank və Aqro-Azərinvest şirkətidir.
Müsabiqənin şərtlərinə gəlincə iştirakçılar Xalq Cümhuriyyətinə aid yalnız 
foto çəkdirərək 
[email protected] emailinə göndərməlidirlər. Fotoda Azərbaycan Cumhuriyyətini əks etdirən mənalar olmalıdır. Bundan başqa müsabiqəyə qatılan şəxs nə üçün seçdiyi fonda foto çəkdirdiyini yazılı formada izah etməlidir. 
Sonda ən mənalı foto göndərən 2 nəfər şəxs AtaBank və Aqro-Azərinvest şirkəti tərəfindən dəyərli mükafatlar alacaqlar.

Qaliblərdən birinə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş və xüsusi hazırlanmış AtaBankın 100 manat dəyərində olan plastik kartı təqdim olunacaq.
İkinci qalib isə Aqro-Azərinvest şirkətindən dəyərli mükafat qazanmış olcaq.

Qaliblər Fins.az-ın və AtaBankın işçilərindən təyin olunmuş münsiflər heyəti tərəfindən seçiləcək.
Hərkəsə UğurlarMüsabiqə ilə bağlı sualları olanlar [email protected] yazmaqla və ya 012 492 08 20(daxili 34); 055 577 67 30 telefon nömrələri ilə əlaqə saxlamaqla suallarını ünvanlandıra  bilərlər.