Ölkənin ən gənc mobil operatoru olan ‘’Nar’’ 2018 Yay Təcrübə Proqramını elan edir.
Təcrübə proqramına qoşulmaqla Siz marketinq və satış şöbələrində çalışan mütəxəssislərlə bərabər çiyin-çiyinə çalışmaq fürsətini əldə edə bilərsiniz.
Tələblər və şərtlər:
Fakültə/ixtisas: Marketinq, Biznesin İdarə olunması, Kommersiya, Menecment, Statistika, İqtisadiyyat və ya əlaqəli ixtisaslar
Dərəcə/diplom: 3 və 4-cü kurs bakalavr tələbələri, magistraturada təhsil alan gənclər və ali təhsilini son 2 il ərzində bitirmiş məzunlar
Təcrübə müddəti: İyul 2-Sentyabr 10, 2018
Son müraciət tarixi: 31.05.2018
Təcrübə Proqramı ödənişsizdir
Siz də Yay Təcrübə Proqramına qoşulmaq və təcrübə qazanmaq istəyirsinizsə, başlıqda ‘’Yay Təcrübə Proqramı 2018’’ qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’2018 Yay Təcrübə Proqramı’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.