“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı sərgi

0
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Azərbaycan Dövlət Rəsm Qalereyası,
Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri
Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,
Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli”
çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ
RƏSM FESTIVALININ rəsm müsabiqəsinə 15 yaşa qədər
800-ə yaxın uşaq, 2000-dək işlə qatılmışdır.
Müsabiqə uşaqlar arasında yaradıcılıq meyillərini
stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf
etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə
məhəbbət hisslərini artırmaq
məqsədilə keçirilmişdir.
Uşaqlar əsərlərində əsasən yaşadığı bölgənin milli mədəni
və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas
olan flora və faunanı, qədim əşya və ya bölgə üçün
xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif
peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.)
obrazlarını, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və
qəhrəmanların obrazlarını
təsvir edən əl işlərini
müsabiqəyə təqdim ediblər.
Sərgidə həmçinin Qazax rayonu məktəbliləri arasında
keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 10 ən
yaxşı əsərin nümayişi nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 30 ən
yaxşı işin müəllifi festivala qatılacaq.
Müsabiqənin yekun sərgisi 22 may 2018-ci il saat
16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin