Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Vakansiya

0
167

Təşkilat: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC
Vəzifə: Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.
Təhsili: ali, ümumi ixtisas təhsilli
Yaş həddi : 25-35 yaş
İş təcrübəsi: müvafiq sahədə 2 il təcrübə
Proqram təminatı: MS Office

Bilməlidir:
İSO 9001 və 19011 standartlarının əsaslarını;
Müvafiq proseslərin, sənədlərin təhlil edilməsini, məlumatların konsolidasiya edilməsini;

Əsas vəzifə və öhdəliklər:
– Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasında, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasında iştirak etmək;
– Keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit programlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
– Keyfiyyət idarəetmə sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
– Keyfiyyət idarəetmə sisteminin müvafiq proseslərinin icrası və proses göstəriciləri ilə bağlı məlumatlar toplamaq, onları analiz etmək;
– Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
– İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər vermək və keyfiyyətin artırılması üçün zəruri tədbirlərin işlənib hazırlanmasında iştirak etmək.

Tələblərə cavab verən namizədlər mövzu yerinə “keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazmaqla 04.06.2018-ci il tarixinədək [email protected] ünvanına şəkilli cv-lərini göndərə bilərlər.