20 Dövlət Orqanında 69 Vakansiya! – Dövlət Qulluğu

0
Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 4-7- ci
təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna
qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 22 iyun 2018-ci il
tarixinədək davam edəcəkdir.
DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 9
dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 42 vakant
icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün
müsabiqənin müsahibə mərhələsini elan edir.
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 22 iyun 2018-ci il
tarixinədək davam edəcəkdir.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları,
müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından
keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində
iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd
“Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına
daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq
düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin
aktuallığını və tamlığını təsdiq etməli və 22 may 2018-ci il tarixindən 22 iyun
2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə
müsahibədə iştirak üçün müraciət etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və
qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi
şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant
vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə
iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə
portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin
müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən
yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün
qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə
elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan
çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə
müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü
müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün
qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun
tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar
verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız
hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən
qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə
nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid
olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları
Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet
saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda
vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı
sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən
edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət
sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil
(ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən
çox vakant inzibati vəzifə Şəki Apellyaiya Məhkəməsi (14), Xətai Rayon
Məhkəməsi (6), Energetika Nazirliyi (7) tərəfindən təqdim olunmuşdur.
Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim
olunmuşdur:
Şəki Apellyaiya Məhkəməsi (14 vakant vəzifə) BA4 altqrupu üzrə 14
Energetika Nazirliyi (7 vakant vəzifə) BA3 altqrupu üzrə 4, BA4
altqrupu üzrə 3
Hesablama Palatası (3 vakant vəzifə) BA2 altqrupu üzrə 3
Xətai Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6
Salyan Rayon Məhkəməsi (1 vakant vəzifə) BB3 altqrupu üzrə 1
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (2 vakant vəzifə) BB1 altqrupu
üzrə 1, BB2 altqrupu üzrə 1
Tərtər Hərbi Məhkəməsi (1 vakant vəzifə) BB2 altqrupu üzrə 1
Gəncə Apellyasiya Məhkəməsi (4 vakant vəzifə) BA4 altqrupu üzrə 4
Xaçmaz Rayon Məhkəməsi ( 4 vakant vəzifə) BB4 altqrupu üzrə 4
Əlavə olaraq, müsabiqəyə çıxarılmış 42 vakant inzibati vəzifədən 24-ü BA
vəzifə qrupu, 18-ü isə BB vəzifə qrupuna aiddir.
============================================
11 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 27 vakant
vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 22 may
2018-ci il tarixindən 11 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 27
vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir.
Ümumi müsahibəyə çıxarılan vəzifələrdən 6-ı A növü – inzibati rəhbər
vəzifələr üzrə (Energetika Nazirliyi – 6 vəzifə), 21-i isə B növü – inzibati icraçı
vəzifələr üzrə olmaqla (Energetika Nazirliyi – 1 vəzifə, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 1 vəzifə, Şirvan Apellyasiya
Məhkəməsi – 3 vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi – 2 vəzifə, Hesablama
Palatası – 1 vəzifə, Maliyyə Nazirliyi – 4 vəzifə, Şabran Rayon Məhkəməsi – 2
vəzifə və Lənkəran Ağır Cinayətlər Məhkəməsi – 2 vəzifə, Təhsil Nazirliyi – 3
vəzifə, Şirvan Apellyasiya Məhkəməsi – 1 vəzifə, Kəlbəcər Rayon Məhkəməsi – 1
vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində
olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati
vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyi İnsan resursları və
dövlət qulluğu şöbəsi, Kadr siyasəti sektoru şöbə müdirinin müavini-sektor müdiri,
Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsi,
Dövlətlərarası əməkdaşlıq sektoru şöbə müdirinin müavini-sektor müdiri, Strateji
proqramlar və islahatlar şöbəsi-şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci
təsnifatına uyğun olan Energetika Nazirliyi İnsan resursları və dövlət qulluğu
şöbəsi, Dövlət qulluğu sektorunun müdiri, Çağrı Mərkəzi sektorunun müdiri
vəzifələridir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizəd buradan “Dövlət qulluğu
üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına məlumatları daxil
etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və
tamlığını təsdiq etməli və 22 may 2018-ci il tarixindən 22 iyun 2018-ci il saat
18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak
üçün müraciət etməlidir.