Özünlə Başla! Sabunçu Yay Məktəbi

0
445

Sabunçu Gənclər Evi Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubleyi münasibətilə gənclərin asudə vaxtının səmərəli təşkili mövzusunda 21-27 iyun tarixlərini əhatə edəcək “Özünlə başla!” yay məktəbi layihəsinə start verir.

”Özünlə başla!” yay məktəbinin məqsədi gənclərdə mühüm sosial və psixoloji səriştələri formalaşdırmaqdır.

Gənclər evinin təcrübəli işçi və təlimçi heyəti ilə birgə dəvət olunan mütəxəssislərin hazırladığı yay məktəbinin 1 həftəlik proqramı iştirakçıların fiziki və zehni inkişafına şərait yaratmağa istiqamətlənir. İnteraktiv formada həyata keçirilən təlim mövzuları iştirakçıların dünya görüşünü genişləndirəcək, həm də onlara yeni həyati bacarıqların aşılanmasına yardımçı olacaqdır.

Yay məktəbinin əsas mövzuları :

1. Sosial:
• Sosial hüquqlar
• Ətraf mühit və təkrar emal
2. Psixoloji:
• İxtisas seçimi
• Sağlam qida və gigiyena

Tədris proqramının sonunda iştirakçılar sertifikatla təltif olunacaqdır. Yay məktəbində iştirak ödənişsizdir. Qida, təlim-tədris və asudə vaxtın səmərəli təşkili Sabunçu Gənclər Evi tərəfindən qarşılanacaqdır.

Layihənin keçirilmə tarixi: 21-27 iyul, 10:00-17:00
Layihənin keçirilmə məkanı: Sabunçu Gənclər Evi

İştirakçıların seçim meyarı:

– 14-15 yaş arası Sabunçu rayonu ərazisində təhsil alan məktəblilər
– Təlimdə davamlı olaraq iştirak etməyə imkanı olanlar

İştirakçıların sayı məhduddur.

Sən də yeniliklərə hazırsansa aşağıdakı keçiddən qeydiyyatdan keçə bilərsən.

Qeydiyyat üçün keçid: www.yaymektebi.sge.az

Son qeydiyyat tarixi: 31 may 2018-ci il

Əlavə məlumat üçün:
Ünvan: Yavər Əliyev küçəsi 91,Sabunçu, Bakı, Azərbaycan
Telefon: (012) 425 60 21