Python Tricks Training – BUGÜN!

0
212

MATRIX komandası olaraq biz gənclərin İT sahəsində inkişaf etmələri,karyera quran zaman düzgün istiqamət seçmələri və qarşılaşdıqları problemləri tək deyil,onlarla birlikdə həll etmək üçün çalışırıq. Bu istiqamətdə gəncləri maarifləndirmək, onların özlərini daha da inkişaf etdirmələri üçün müxtəlif kurslar, təlimlər və tədbirlər təşkil edirik.

Beləliklə sizi təşkil etdiyimiz növbəti -“Python Tricks “seminarına dəvət edirik.Qeyd etmək istərik ki, seminar ÖDƏNİŞSİZDİR .

Dünyada ən populyar proqramlaşdırma dillərindən biri olan Python, bir çox yeni sahələrdə istifadə olunur .Bu seminarı təşkil etməkdə məqsədimiz Python dilinin bəzi incəliklərini göstərməkdir. Dilin geniş lakin bəzən gözardı edilən xüsusiyyətlərindən danışacayıq.
Python-a marağı olan hər kəs dəvətlidir.

Təlimçi :Şəhriyar Rzayev
Tarixi: 26.05.2018 Saat: 16:00
Müddəti: 2 saat

Şəhriyar Rzayev haqqında qısa məlumat :

Şəhriyar Rzayev – Percona LLC-də QA Engineer olaraq çalışır.
Azərbaycan MySQL və Python istifadəçiləri qrup lideridir.
MySQL ACE, MySQL 5.7 Community Contributor Award Winner!
RHCSA, OCP MySQL

Qeydiyyat linki : https://goo.gl/49XnZp

? Məkan: World Business Centre , 20-ci mərtəbə
? Əlaqə: 055-654-29-74