Qısametrajlı sənədli filmlərin qəbulu – Dokubaku Beynəlxalq Sənədli Film Festivalı

0
381

Dokubaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2018-ci il buraxılışı üçün qısametrajlı filmlərin qəbulunu açıq elan edir. Bu il müsabiqə dünyanın hər yerindən olan həm azərbaycanlı, həm də xarici kinorejissorlar üçün açıq olacaq. Seçilmiş filmlər qısametrajlı film müsabiqəsinə daxil ediləcək və festival zamanı nümayiş olunacaq. Maraqlanan şəxslərin filmlərin təqdim olunması ilə bağlı bu vebsaytın qəbul səhifəsində verilmiş məlumatlarla tanış olması xahiş olunur.

Qəbul

Son müraciət tarixi:  1 sentyabr 2018-ci il

Kimlər: Yerli və xarici rejissorlar

Qaydalar

  • Film 2017-2018-ci illərdə çəkilməlidi

  1. Filmin müddəti 30 dəqiqədən artıq olmamalıdır. 

  2. Filmin mövzusu sənədli film janrı çərçivəsində sərbəstdir.* 

  3. Filmlər Full-HD formatında və ingilis dilində subtitrlərlə təqdim olunmalıdır.

  4. Filmlər Vimeo kimi video paylaşma vebsaytlarında orijinal fayla link olaraq təqdim edilməlidir. 

pROS
Prosedur

Filmlər festival təşkilatçıları tərəfindən seçiləcək və seçilmiş filmlər yerli və beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqə çərçivəsində qiymətləndiriləcək.

Müraciət etmək üçün bu vebsaytdakımürəciət formunu doldurun.

Namizədlər seçim barədə sentyabrın ortasında email vasitəsilə məlumatlandırılacaqlar.**

Hər hansı bir sualınız olarsa, bizə email yazın: [email protected]

Mükafat

Bu hissə yaxın zamanda yeniləcək.***

Əlavə qeydlər

* Eksperimental filmlər, o cümlədən sinematik esselər və ya digər qeyri-ənənəvi qeyri-bədii (non-fiction) işlər də qəbul edilir.

** Festival məhdud maliyyə səbəbindən festivala baş çəkmək istəyən kinorejissorların xərclərini qarşılaya bilməz. Buna görə də beynəlxalq namizədlər festival zamanı Bakıya səfərlərini təşkil etməyin mümkünlüyü barədə məlumat almaq üçün Azərbaycandakı öz müvafiq səfirlikləri ilə əlaqə saxlamağa təşviq olunur.

*** Ötən ilin mükafatı Berlinale 2018-ə səfər və akrreditasiya idi.

DokuBaku BSFF 2017-ci ildə Bakı, Azərbaycanda başlayan film festivalıdır. Festivalın ilk buraxılışında yerli kinorejissorlar tərəfindən istehsal edilən 15 qısametrajlı filmlə yanaşı, 15 beynəlxalq tammetrajlı film nümayiş olunmuşdur. İlk qısametrajlı film müsabiqəsinə 40-dan çox film göndərildi və müsabiqənin qalibinə fevral ayında Berlinale 2018-də iştirak etmək şansı verildi. Ötən ilin təcrübəsinə əsaslanaraq indi festival öz qapılarını dünyanın dörd bir yanından olan rejissorlara açır və yaradıcılığa yeni başlamaqda olan kinorejissorların imkanlarını genişləndirmək uğrunda öz missiyasını davam etdirməyə ümid edir.

Ötən il olduğu kimi, bu il də filmlərin ilkin seçimi kinorejissor və rejissorlardan ibarət təşkilatçı komanda tərəfindən aparılacaq və seçilmiş filmlər müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti və mükafatlar barədə əlavə məlumatlar növbəti aylarda vebsaytda elan ediləcək. Ərizə üçün son müraciət tarixi 1 sentyabr, 2018-ci ildir.